Suriya ordusu İŞİD-in Palmira şəhərinə hücumunu önləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i312458-suriya_ordusu_İŞİd_in_palmira_şəhərinə_hücumunu_önləyib
Suriya ordusu İŞİD terrorçularının Suriya, İraq və İordaniya sərhədlərinin qovuşma nöqtəsində yerləşən Əl-Tənf məntəqəsindən Homs vilayətində yerləşən Tədmur(Palmira) şəhərinə qarşı hücum planını zərərsizləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2018 09:27 Asia/Baku
  • Suriya ordusu İŞİD-in Palmira şəhərinə hücumunu önləyib
    Suriya ordusu İŞİD-in Palmira şəhərinə hücumunu önləyib

Suriya ordusu İŞİD terrorçularının Suriya, İraq və İordaniya sərhədlərinin qovuşma nöqtəsində yerləşən Əl-Tənf məntəqəsindən Homs vilayətində yerləşən Tədmur(Palmira) şəhərinə qarşı hücum planını zərərsizləşdirib.

Əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, Suriya ordusu İŞİD terrorçularının Tədmur şəhərinə qarşı hücumunu önləmək üçün həyata keçirdiyi əməliyyat zamanı 5 terrorçunu məhv edib. Bu əməliyyat zamanı həmçinin, terrorçulara məxsus bir ədəd avtomobil və bir ədəd motorsiklet də məhv edilib.

İŞİD terrorçuları bu uğursuzluğun ardınca mühasirədə olan Əl-Tənf məntəqəsinə geri çəkiliblər.

Terrorçuların Əl-Tənf məntəqəsindən Suriyanın digər ərazilərinə nüfuz etmək planı mütəşəkkil şəkildə həyata keçirilir. Belə ki, ABŞ ordusunn Əl-Tənf məntəqəsindəki hərbi bazasının  yaxınlığında yerləşən Əl-Rekaban düşərgəsipraktiki olraq İŞİD terrorçularının əsas sığınacağına çevrilib. Və terrorçuların Suriyanın digər məntəqələrindən buraya axın edirlər.