Suriya ordusu Deyrəzzur vilayətinin böyük bir hissəsini azad etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313092-suriya_ordusu_deyrəzzur_vilayətinin_böyük_bir_hissəsini_azad_etdi
Suriya ordusu Deyrəzzur vilayətinin şərq hissəsini terrorçulardan təmizlədikdən sonra, bu məntəqədə sabitlik və təhlükəsizlik bərqərar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2018 14:40 Asia/Baku
  • Suriya ordusu Deyrəzzur vilayətinin böyük bir hissəsini azad etdi

Suriya ordusu Deyrəzzur vilayətinin şərq hissəsini terrorçulardan təmizlədikdən sonra, bu məntəqədə sabitlik və təhlükəsizlik bərqərar olub.

Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu cümə günü Deyrəzzurda İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar zamanı çoxlu sayda terrorçunu məhv edib. 

Suriya ordusu həmçinin, Əl-Məyadin şəhərinin qərbində, 2 min kilometrlik səhralıq ərazini terrorçulardan təmizləyib. Bu əməliyyat zamanı terrorçular tərəfindən quraşdırılmış onlarla partlayıcı qurğu və mina aşkar edilib.