İyul 02, 2018 17:01 Asia/Baku
  • İordaniya baş naziri: Əlavə didərginlərə imkan verilməyəcək
    İordaniya baş naziri: Əlavə didərginlərə imkan verilməyəcək

İordaniya baş naziri bu ölkə sərhədlərinin tam nəzarətdə olduğunu bildirərək deyib: Heçvaxt əlavə suriyalı didərginlərin bu ölkəyə daxil olmalarına imkan verilməyəcək.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İordaniya baş naziri Ömər Ərrəzzaz ölkənin şimal sərhədlərinə baxış keçirərkən suriyalı didərginlər məsələsinin artıq təhlükəsizlik təhdidinə çevrildiyini bildirərək deyib: İordaniya sərhədlərin və cəmiyyətinin mühafizə edilməsi ilə, Suriya torpaqlarında suriyalı qardaşlara sığınacaqların yaradılması və onlara ərzaq yardımlarının edilməsi arasında balans yaradır. 

Ərrəzzaz deyib: İordaniya sərhədləri açıqdır amma təhlükəsizlik nəzarəti altındadır. İordaniya suriyalı vətəndaşları Suriya ərazisində himayə edir və lazım gələrsə onları müalicə üçün İordaniya xəstəxanalarına da köçürəcəkdir. 

İordaniya xarici işlər naziri Əymən Əssəfdi də son günlər bu ölkədəki suriyalı didərginlərin sayının maksimum həddə çatdığını bildirərək demişdi ki, İordaniya əlavə suriyalı didərgini qəbul etməyə artıq qadir deyil. 

İordaniya və Livan ölkələri ən çox suriyalı didərgini qəbul edən ölkələrdir .Hal hazırda 1.5 milyon suriyalı didərgin livanda , 700 min nəfəri isə İordaniyada yaşayır.

Teqlər