Bəhreyn rejimi Şeyx Qasimin ölkə xaricinə müalicə səfəri ilə razılaşıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i316668-bəhreyn_rejimi_Şeyx_qasimin_ölkə_xaricinə_müalicə_səfəri_ilə_razılaşıb
Bəhreyn xarici işlər naziri bildirib ki, bu ölkənin kralı, Şeyx İsa Qasimin müalicə üçün ölkə xaricinə səfər etməsilə razılaşıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 06:41 Asia/Baku
  • Bəhreyn rejimi Şeyx Qasimin ölkə xaricinə müalicə səfəri ilə razılaşıb
    Bəhreyn rejimi Şeyx Qasimin ölkə xaricinə müalicə səfəri ilə razılaşıb

Bəhreyn xarici işlər naziri bildirib ki, bu ölkənin kralı, Şeyx İsa Qasimin müalicə üçün ölkə xaricinə səfər etməsilə razılaşıbdır.

Xalid bin Əhməd Ali-Xəlifə bir twitt-də yazıb: Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə, Şeyx Qasimin təmayülündən və onun həkimlərinin nəzərlərindən sonra onun müalicə üçün göndərilməsinə lazımi şəraitin yaradılması haqda göstəriş veribdir.

Son günlər ev dustağı olan Bəhreynin tanınmış din xadimi Şeyx İsa Qasimin vəziyyətinin ağırlaşması haqda bir çox xəbərlər yayılmışdı.

Şeyx İsa Qasimi mühakimə etmiş və onun vətəndaşlığını əlindən almış Ali-Xəlifə rejimi 2016-cı ilin iyunundan bu ruhaninin məskunlaşdığı Əlduraz məntəqəsini mühasirə edibdir. Bu rejim hətta bəhreynlilərə bu məntəqədə cümə namazı qılmaq icazəsi vermir.