Feysəl Miqdad: Suriya Fələstin məsələsinin məhvinə yönələn hər bir plana qarşı çıxacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317226-feysəl_miqdad_suriya_fələstin_məsələsinin_məhvinə_yönələn_hər_bir_plana_qarşı_çıxacaq
Suriya xarici işlər nazirinin müavini Dəməşqin hələ Fələstin məsələsini ərəb dünyasının əsas məsələsi bilməsinə toxunaraq, vurğualyıb: Suriyanın böhran illəri boyu üzləşdiyi bütün problemlərə rəğmən, bu mövqe sabit qalmaqda davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2018 13:28 Asia/Baku
  • Feysəl Miqdad
    Feysəl Miqdad

Suriya xarici işlər nazirinin müavini Dəməşqin hələ Fələstin məsələsini ərəb dünyasının əsas məsələsi bilməsinə toxunaraq, vurğualyıb: Suriyanın böhran illəri boyu üzləşdiyi bütün problemlərə rəğmən, bu mövqe sabit qalmaqda davam edir.

Feysəl Miqdad, Əzam Ələhmədin başçılıq etdiyi Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin nümayəndə heyəti ilə görüşdə söyləyib: Suriya Fələstin ölkəsinin yaradılmasını və fələstinlilərin qayıdış haqqı xüsusiyyət təşkil etməklə onların hüquqlarını himayə edir və "əsrin sövdələşməsi" adlandırılan plan daxil olmaqla Fələstin məsələsinin məhvinə yönələn hər bir plan ilə mübarizə aparacaqdır.

Əzam Ələhməd də bu görüşdə vurğulayıb: Qüdrətli və qalib Suriya Fələstin məsələsinin yeganə istinadgahı və himayədarıdır və fəlsətinlilər bu məsələnin məhvi üzrə planlar qarşısında öz hüquqlarının bərpasını vurğulayacaqlar.

Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin nümayəndə heyəti Yərmuk düşərgəsi daxil olmaqla fələstinli düşərgələrin vəziyyətini araşdırmaq istiqamətində Suriya rəsmiləri ilə görüşmək məqsədilə bazar ertəsi günü bu ölkəyə daxil olubdur.