Şeyx İsa Qasimlə həmrəylik aksiyası
Bəhreyn KİV-i paytaxt Manamada Şeyx İsa Qasimlə həmrəylik aksiyasının keçirildiyini bildirib.
Təsnim İnformasiya Agentliyinin Bəhreynin Kütləvi İnformasiya Vasitələrinə istinadla verdiyi məlumata görə, Manamada irimiqyaslı aksiyanın iştirakçıları hazırda müalicədə olan məşhur bəhreynli alimə tam dəstək və onunla həmrəyliyi elan ediblər.
Bəhreyn vətəndaşları həmçinin Ali-Xəlifə həbsxanalarında dustaq olan mübarizlərə dəstəyi vurğulayıblar.
Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim 2 il Ali-Xəlifə rejimi təhlükəsizlik məmurları tərəfindən mühasirədə qaldıqdan sonra, nəhayət 9 iyulda müalicə olunmaq üçün Londona səfər etdi və dərhal xəstəxanada müalicə olunmağa başladı.
İndiyədək bu məşhur bəhreynli alimin səfər proqramı haqda ətraflı məlumat verilməyib.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Ali-Xəlifə rejimi bu ölkədə ictimai etirazları repressiya etmək üçün bir çox müxalifət liderini saxlayıb, onlara saxta işlər açaraq vətəndaşlıqlarını ləğv və uzun müddətə azadlıqdan məhrum edib.