İraqın şimalında Ərbilin Valilik binasına silahlı hücum olunub
İyul 23, 2018 13:25 Asia/Baku
İraqın şimalında Ərbilin valilik binasına hücum edən iki silahlı şəxs öldürülüb.
Əl-Məyadin televiziyasının məlumatına görə, silahlı şəxslərin İraqın şimalında Ərbilin valilik binasına hücumunda iki polis əməkdaşı da yaralanıb. Valilik binasına hücum edən iki silahlı öldürülüb.
Peşmərgə qüvvələri silahlı şəxslərin hücum etdiyi Ərbilin valilik binasında yaraqlıları 3-cü mərtəbədə mühasirəyə alıblarmış.
İraq Kürdüstanının təhlükəsizlik rəsmiləri bildiriblər: Ərbilin valilik binasına daxil olan silahlı şəxslər binanın içərisindən kürd təhlükəsizlik qüvvələrinə atəş açırdılar.
İraqın şimalında Ərbilin icra hakimi bildirib: Ərbilin valilik binasına hücum edənlər İŞİD qrupunun ünsürlərindən olublar.