Bəhreyndə yüzlərlə vətəndaş fəalının vətəndaşlığı ləğv olunub
Ali-Xəlifə rejimi Bəhreyndə 738 vətəndaş fəalının vətəndaşlığını ləğv edib.
Human Rights Watch təşkilatı dünən bir bəhreynli hüquq təşkilatına istinadla bildirib ki, Ali-Xəlifə rejimi 2012-ci ildən bəri 738 vətəndaş fəalının vətəndaşlığını ləğv edib.
Ali-Xəlifə rejimi cari ildə 232 bəhreynlinin vətəndaşlığını ləğv edibdir.
Human Rights Watch təşkilatı sədrinin Yaxın Şərq və Şimali Afrika üzrə icraçı müdiri Erik Qoldeston bu məsələ ilə bağlı bildirib ki, Bəhreyn hökuməti tərəfindən bu ölkə vətəndaşlarının vətəndaşlıqlarının əllərindən alınması beynəlxalq qanunları pozur və Manama bu şəxslərin vətəndaşlıqlarını geri qaytarmalıdır.
Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin kənarlaşdırılması və siyasi məhbusların azadlığa buraxılmalarını tələb edir.
İnsan haqlarını müdafiə qrupları dəfələrlə Ali-Xəlifə rejiminin müxaliflərə qarşı repressiya siyasətlərini pisləyərək, bu ölkənin siyasi quruluşunda islahatların aparılmasını istəyiblər.