ABŞ qırıcıları Əfqanıstan polisinin mövqelərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318811-abŞ_qırıcıları_Əfqanıstan_polisinin_mövqelərinə_hücum_ediblər
ABŞ ordusunun qırıcıları Əfqanıstanın şimalında bu ölkə polisinin mövqelərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2018 03:55 Asia/Baku
  • ABŞ qırıcıları Əfqanıstan polisinin mövqelərinə hücum ediblər
    ABŞ qırıcıları Əfqanıstan polisinin mövqelərinə hücum ediblər

ABŞ ordusunun qırıcıları Əfqanıstanın şimalında bu ölkə polisinin mövqelərini bombalayıblar.

ABŞ ordusunun qırıcıları dünən Əfqanıstanın şimalında yerləşən Qonduz vilayətinin "Dəşt Ərçi" rayonunda bu ölkə polisinin bir neçə postunu hədəfə alıblar, lakin ehtimal olunan tələfat barədə bir məlumat daxil olmayıbdır.

ABŞ ordusu qırıcılarının Əfqanıstanın Qonduz vilayətində bu ölkə polisinin postlarına hücum etmələri elə bir haldadır ki, həmin qırıcılar son zamanlar bu vilayətdə yerləşən "Cəhar dərre" rayonunun yaşayış massivlərini də öz hücum hədəflərinə çevirmişdilər. Nəticədə azı on dörd əfqan sivil həlak olmuş, onlarla nəfər də yaralanmışdı.

Birləşmiş Millətlər Təşkilatı son zamanlar bildirib ki, ötən altı ay ərzində Amerika ordusunun hava hücumları nəticəsində 350-dən çox əfqan mülki həlak olub və ya yaralanıbdır.