Avq 12, 2018 11:34 Asia/Baku
  • Təl-Əvivdə geniş etiraz aksiyası
    Təl-Əvivdə geniş etiraz aksiyası

1948-ci ildə işğal olunmuş ərazilərin minlərlə sakini dünən gecə "Yəhud ölkəsi qanunu"-na etiraz əlaməti olaraq Təl-Əviv şəhərində geniş aksiya keçirib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, aksiya işğal olunmuş ərazilərdə yaşayan ərəblərin işi üzrə ali komitənin çağırışı ilə, ərəb sakinlər, onların nümayəndələri, bütöv ərəb siyahısının ərəb üzvləri, partiya və hərəkatların rəhbərlər və fəalları eləcə də xalq qurumlarının iştirakı ilə keçirilib. 

Aksiyaçılar Fələstin bayraqlarını daşıyaraq səsləndirdikləri şüarlarda "Yəhud ölkəsi" qanununu ləğv ediblər. 

Sionist rejim parlamentinin üzvü Zəhir Bohlul bu rasist qanunun qəbul edilməsinə etiraz əlaməti ölaraq öncə istefa vermişdi. 

Knesset bütün işğal olunmuş fələstini sadəcə sionistlərin ölkəsi hesab edən qanun qəbul etməklə fələstinliləri bütün insani və vətəndaşlıq hüquqlarından məhrum etdi. 

Yəhud ölkəsi qanunu əsrin sövdələşməsi adlı amerikan planın tərkib hissəsidir . Bu plan Amerika dövləti tərəfindən hazırlanıb və onun icrasına start verilib. 

Teqlər