Yəmən vətəndaşlarının qırğını beynəlxalq qanunların açıq şəkildə pozulması deməkdir
Avq 24, 2018 17:23 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi təcavüzkar səud koalisiyası tərəfindən Yəmən vətəndaşlarının Əddurəyhimidə qırğın edilmələrini beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb.
Təcavüzkar səud qırıcıları dünən Əddurəyhimidə yəmənli didərginlərə məxsus iki avtomobili hədəfə alıblar ki, nəticədə 31 uşaq və qadın həyatını itiribdir.
Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki nümayəndəsi Nevio Zaqaria təcavüzkar səud koalisiyasının Yəmən vətəndaşlarına qarşı hücumundan təəssfüflənərək, vurğulayıb: Əddurəyhimidə yəmənli mülkilərin Səədə vilayətinin Zəhiyan şəhərindəki kimi qırğın edilmələri beynəlxalq humanist qaydalarının pozulması və silahlı qarşıdurma deməkdir.