Nəbil Rəcəbə azadlıq!
Avq 30, 2018 11:59 Asia/Baku
127 insan haqları təşkilatı dünən axşam müştərək bir bəyanatda Bəhreyn insan haqları mərkəzinin sədri, hüquq fəalı Nəbil Rəcəbin tez bir zamanda azadlığa buraxılmasını tələb edibdir.
Bu insan haqları təşkilatları Manama başçılarından istəyiblər ki, bütün bəhreynli insan haqları müdafiəçilərini və bu ölkədə özbaşına surətdə məhbəsə atılmış bütün şəxsləri azad edərək, onların cismani və ruhi təhlükəsizliklərinə zəmanət versinlər.
Ali-xəlifə rejiminin xəfiyyə başçıları 2016-cı il iyunun 13-də bəhreynli hüquqşünas Nəbil Rəcəbi "Bəni Cəmrə" məntəqəsində yerləşən mənzilində həbs ediblər.
O, 2015 və 2016-cı illərdəki müsahibələrinə görə ittiham olunur. Bəhreyn başçıları deyirlər ki, o, bu müsahibələrdə ölkənin imicinə xələl gətiribdir.