Sen 05, 2018 08:06 Asia/Baku
  • Bəsrədə iğtişaşlarda 5 nəfər ölüb
    Bəsrədə iğtişaşlarda 5 nəfər ölüb

Dünən Bəsrədə iğtişaşların növbəti mərhələsində ən azı 5 adam ölüb və 30 nəfər yaralanıb.

Yerli qaynaqların bildirdiklərinə görə, Bəsrədə vəziyyət gərgindir və etirazçılar icra hakimiyyəti binasını mühasirəyə alıblar və binanın ikinci mərtəbəsini yandırıblar. 

Bəsrə əməliyyat qərargahı dünən gecə bir bəyanat yayaraq bütün vilayətdə komendant saatının tətbiq olunmasından xbərə verib. 

Bəsrədə gərgin vəziyyət baş nazir Heydər Əl-İbadinin vəziyyəti araşdırmaq üçün dünən gecə Bəsrəyə daxil olmasına səbəb olub. 

İraqda Sərd cərəyanının rəhbəri Müqtəda Sədr bir Tvittdə Bəsrədə aksiyaçılara qarşı repressiyayar barədə xəbərdarlıq edib. 

Son iki ay ərzində Ölkədə kommunal xidmətlərin bərbad vəziyyətinə, elektrikin kəsilməsi, suyun şor olması, korrupsiya və hökumətin xalqın ilkin ehtyaclarının təminindən aciz qalmasına qarşı cənub və mərkəzi vilayətlərdə etiraz aksiyalarının başlanqıc nöqtəsi olan Bəsrə sakinləri son günlər bir daha yüzlərlə sakinin zəhərlənməsinə səbəb olan suyun çirkli olmasına qarşı etiraz əlaməti olaraq aksiyalara başlayıblar. 

Teqlər