Bəşar Əsəd: ABŞ-ın siyasəti terrorizmi dəstəkləməkdən ibarətdir
Sen 05, 2018 19:30 Asia/Baku
Suriya prezidenti Dəməşqdə ABŞ-ın ştat senatoru ilə görüşündə deyib: Təhdid, sanksiya və terrorizmə dəstək Amerikanın rolunun ən əsas cəhətləridir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəşar Əsəd bu gün Virciniya ştatının senatoru Riçard Blak ilə görüşündə deyib: Amerikanın militarist, ölkələrin stabilliyini pozan rolunu sülhə şərait yaradan rol ilə əvəz etmək Amerika və bu ölkə xalqı üçün daha səmərə verəcəkdir.
Riçard Blak də bu görüşdə Suriyada terrorçulardan azad edilmiş ərazilərə sabitliyin qaytarılmasından razılıq ifadə edərək Suriyada sülh və sabitliyin tam bərqərar olunacağı və terrorizmin tam məhv ediləcəyinə ümidvarlığını bildirib.