Yəmənin Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası əsirlər haqda razılığa gəliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329418-yəmənin_Ənsarullah_hərəkatı_və_səudiyyə_koalisiyası_əsirlər_haqda_razılığa_gəliblər
Yəmən qaynaqları Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası arasında əsirlərin mübadiləsinə dair anlaşmanın imzalanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2018 08:50 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası əsirlər haqda razılığa gəliblər
    Yəmənin Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası əsirlər haqda razılığa gəliblər

Yəmən qaynaqları Ənsarullah hərəkatı və Səudiyyə koalisiyası arasında əsirlərin mübadiləsinə dair anlaşmanın imzalanmasından xəbər veriblər.

İRİB-nin verdiyi məlumata görə, əsirlərin mübadiləsinə dair anlaşma sənədi bazar ertəsi günü Ənsarullah hərəkatının, istefada olan hökumətin və Səudiyyə koalisiyası tərəfindən Ərəbistan və BƏƏ nümayəndələrinin iştirakı ilə imzalanıb. 

Bu anlaşma sənədi bütün yəmənli, ərəbistanlı və Birləşmiş Ərəb Əmirliklərindən olan əsirləri əhatə edir. 

Anlaşmaya əsasən Ənsarullah hərəkatı və səudiyyə koalisiyası arasında əsirlərin mübadiləsi bir neçə mərhələdə və zaman cədvəli əsasında həyata keçiriləcək.

Qızıl Xaç komitəsi əsirlərin mübadiləsində vasitəçi tərəfdir.