İraq nümayəndələri ABŞ hərbçilərinin İraqdan çıxmaları vacibliyini vurğulayıblar
İraq məclisinin üzvləri bu ölkədə yerləşən ABŞ hərbçilərinin İraqdan çıxmalarını istəyiblər.
Amerika prezidentinin İraqda yerləşən ABŞ hərbçilərinə əlüstü baş çəkməsindən sonra iraqlı siyasətçilər iraqlıların ABŞ hərbçilərinin bu ölkədən çıxmalarına dair tələbinə təkid ediblər. Donald Trampın İraqa gözlənilməz və elan olunmamış səfərini imperialist hərəkət adlandıran iraqlı siyasətçilər bu səfəri İraqın suverenliyinin pozulması kimi dəyərləndiriblər.
İraq parlamentində hər iki fraksiyadan olan nümayəndələr ABŞ hərbçilərinin bu ölkədən çıxmaları üçün səsvermənin keçirilməsini istəyiblər. Onlar parlamentdə bu məsələni araşdırmaq üçün fövqəladə iclas təşkil edəcəklərinə söz veriblər.
Amerika prezidenti vəzifəsində ilk dəfə olaraq, çaxnaşmalı bir məntəqədə yerləşən amerikalı hərbçilərlə görüş keçirən Donald Tramp çərşənbə günü bildiribdir ki, İraqda yerləşən amerikalı hərbçiəri bu ölkədən çıxarmaq fikrində deyildir.