İraqda hər cür amerikan hərbi bazanın mövcudluğu rədd olunub
-
İraqda hər cür amerikan hərbi bazanın mövcudluğu rədd olunub
İraqın baş naziri deyib: İraqda heç bir amerikan və ya xarici baza yoxdur və bütün bazalar İraq bazasıdır.
Adil Əbdulməhdi dünən axşam Bağdadda keçirilən mətbuat konfransında Amerika prezidenti Donald Trampın İraqa olan gizli və bir neçə saatlıq səfər ətrafında irəli sürülən məsələlərə reaksiyada deyib ki, Trampın ötən çərşənbə günü gecə daxil olduğu bu ölkənin qərbindəki "Əynuləsəd" hava bazası yüz faiz İraq bazasıdır.
İraqın baş naziri əlavə edib: Amerikanın İraqda heç bir hərbi bazası yoxdur və bütün hərbi bazalar İraqındır ki, əlbəttə, bu bazaların bəzilərinin bir hissəsində amerikalı və qeyri-amerikalı qüvvələr iştirak edirlər.
Donald Tramp çərşənbə günü gecə öncədən elan olunmamış bir səfərdə İraqa daxil oldu və bu ölkənin əl-Ənbar vilayətində yerləşən "Əynuləsəd" bazasında amerikalı hərbçilərlə görüşdü.
Trampın bu səfər tərzi və amerikalı hərbçilərin İraqdakı iştiraklarının davam etməsi barədəki sözləri bu ölkədəki qruplar, partiyalar və şəxsiyyətlərin geniş etirazları ilə üzləşibdir.