Yəmən Ənsarullah-ı BMT nəzarətçini tənqid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332316-yəmən_Ənsarullah_ı_bmt_nəzarətçini_tənqid_edib
Yəmənin milli müzakirə heyətinin sədri vurğulayıb ki, BMT Stokholm razılaşması prosesindən çıxıb və başqa bir iş gündəmini icra edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2019 17:02 Asia/Baku
  • Yəmən Ənsarullah-ı BMT nəzarətçini tənqid edib
    Yəmən Ənsarullah-ı BMT nəzarətçini tənqid edib

Yəmənin milli müzakirə heyətinin sədri vurğulayıb ki, BMT Stokholm razılaşması prosesindən çıxıb və başqa bir iş gündəmini icra edir.

Yəmənin milli müzakirə heyətinin sədri Muhəmməd Əbdussəlam bu gün bir twitter müraciətində Yəməndə vuruşan tərəflər arasında əldə olunmuş Stokholm razılaşmasının icrasında irəliləyişin olmamasından xəbər verib və belə yazıb: Bu məsələ BMT-nin nəzarətçilər heyətinin sədri Patrik Kammaertin razılaşma prosesindən çıxmasına qayıdır.

Əbdussəlam deyib: Belə görünür ki, bu tapşırıq Patrik Kammaertin qabiliyyətlərindən daha genişdir. O, BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qrifitsdən istəyibdir ki, bu məsələni həll etsin.

Dekabrın 6-da İsveçdə Yəmən sülh müzakirələrinin dördüncü turunda yəmənli tərəflər arasında əldə olunmuş əl-Hudəydədə atəşkəs razılaşması dekabrın 18-i səhər tezdən əl-Hudəydə əyalətində başlasa da səud koalisiyası hər gün onu pozur.