Fev 20, 2019 13:52 Asia/Baku
  • Nüvə texnologiyasının Ərəbistana köçürülməsi haqda nigarançılıq
    Nüvə texnologiyasının Ərəbistana köçürülməsi haqda nigarançılıq

ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsi Ağ Ev-in həssas nüvə texnologiyasını Ərəbistana köçürmək üzrə səyləri barədəki hesabatda nigarançılıq ifadə edibdir.

ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsi dünən bir hesabatda bildirib: Ağ Ev-də Amerikanın nüvə texnologiyasının Ərəbistana köçürülməsi üzrə daxili səylər atom enerjisi qanununu pozaraq, konqresin araşdırmaları olmadan həyata keçirilibdir.

ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsi həmçinin Ağ Ev başçılarına xəbərdarlıq edərək, bildirib: Amerikanın nüvə texnologiyasının Ərəbistana köçürülməsi Ağ Ev-in yüksək səviyyəli müşavirləri arasında maraqlar təzadına çevrilibdir ki, bu da federal cinayət məcəlləsi üçün mürəkkəbliklərin yaranması ilə nəticələnəcəkdir.

Bu hesabatda sonra deyilir: Ağ Ev-in Amerikanın həssas nüvə texnologiyasını Ərəbistana köçürmək üzrə səyləri ola bilsin, ötən həftə Ağ Ev-də keçirilmiş iclasların ardınca və ABŞ prezidentini yeznəsi Cared Kuşnerin Ərəbistana planlaşdırılmış səfəri ərəfəsində sürətləndirilməkdədir.

Online "Propublika" nəşrinin 2018-ci ildə yaydığı məlumata əsasən, Tramp dövlətinin fəaliyyətinin başlanmasından bəri bir qrup amerikalı siyasətçi və sərmayə sahibi Ərəbistan nüvə təsisatının inkişaf etdirilməsi layihəsinin yekunlaşdırılması üçün lobbiçilikdə olubdur.

Amerikalı siyasətçilər və qanunvericilər nigarandırlar ki, Ağ Ev-in Ərriyadın nüvə tullantılarının emalı ilə bağlı təhlükəsizlik öhdəlikləri və zəmanətlərindən ehtimal üzrə kənara çıxmasına diqqətsizliyi sonralar Amerikanın milli təhlükəsizliyinə qarşı ciddi bir təhdidə çevrilər. 

Teqlər