Əlhusi: Beynəlxalq təşkilatlar Yəmən xəstəxanalarının təchiz edilmələrinin dayandırılmasında məsuliyyət daşıyırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335882-Əlhusi_beynəlxalq_təşkilatlar_yəmən_xəstəxanalarının_təchiz_edilmələrinin_dayandırılmasında_məsuliyyət_daşıyırlar
Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, beynəlxalq təşkilatlar Yəmən xəstəxanalarının lazım olan vəsaitlərlə təchiz edilmələrinin dayandırılmasında məsuliyyət daşıyırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2019 17:23 Asia/Baku
  • Əlhusi: Beynəlxalq təşkilatlar Yəmən xəstəxanalarının təchiz edilmələrinin dayandırılmasında məsuliyyət daşıyırlar
    Əlhusi: Beynəlxalq təşkilatlar Yəmən xəstəxanalarının təchiz edilmələrinin dayandırılmasında məsuliyyət daşıyırlar

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib ki, beynəlxalq təşkilatlar Yəmən xəstəxanalarının lazım olan vəsaitlərlə təchiz edilmələrinin dayandırılmasında məsuliyyət daşıyırlar.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi əlavə edib: Beynəlxalq təşkilatlar Yəmənin paytaxtı Sənadakı xəstəxanalardan bac istəyirlər.

Əlhusi beynəlxalq təşkilatların Səna xəstəxanalarından bac istəmələrini yeni bir cinayət adlandırıb və bu sahədə təsirli addımların atılmasını istəyibdir.

Belə bir halda, BMT-nin humanitar məsələlər ofisi xəbərdarlıq edibdir ki, Yəmən ən pis insani böhranla üz-üzədir və 24 milyon Yəmən vətəndaşı yardıma və ya dəstəyə ehtiyaclıdır.

YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə şöbə müdiri Xeyrət Kabalari də son zamanlar bildiribdir ki, yəmənli uşaqların durumu 2018-ci ilin dekabrında əldə olunmuş İsveç razılaşmasından sonra o qədər də dəyişməyibdir və hər gün orta hesabla səkkiz yəmənli uşaq ölür və ya yaralanır.