Səudiyyə Ərəbistanı son 24 saatda 94 dəfə Yəmənə hücum edib
Okt 03, 2026 16:45 Asia/Baku
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanı son 24 saat ərzində Yəmənin müxtəlif bölgələrinə 94 hava zərbəsi endirib.
Yəhya Səri əlavə edib: "Səudiyyə Ərəbistanının Səna, Səədə, Təiz, Həccə, Əmran və İbb vilayətlərində yaşayış məntəqələrinə təcavüzləri nəticəsində bir sıra mülki şəxslər şəhid olub və və ya yaralanıb.Yəhya Səri qeyd edib ki, iki ölkə arasında gərginliyin artmasından və yeni təcavüzlər başlayandan bəri Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava və raket hücumlarının ümumi sayı 1350-yə çatıb.