UNICEF:
Sionist rejimin Livana təcavüzləri nəticəsində ən azı 261 uşaq şəhid olub
Okt 02, 2026 13:25 Asia/Baku
UNICEF "Davam edən kabus" adlı hesabatında qeyd edib ki, bu hücumlar nəticəsində yüzlərlə məktəb zərər görüb və ya tamamilə dağıdılıb, təxminən 100 min uşaq təhsildən məhrum olmaq təhlükəsi ilə üzləşib. Həmçinin, bu hücumlar zamanı bir sıra qadın və kişi müəllimlər də şəhid olub və ya yaralanıb.
Bunlar, dünyanın gözü qarşısında törədilən cinayətlərin yalnız kiçik bir hissəsidir və beynəlxalq ictimaiyyət hələ də sionist rejimi cilovlamağa çalışmır.