Sionist rejimin məhkəmə aparatı Netanyahuya qarşı cinayət işi açır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335889-sionist_rejimin_məhkəmə_aparatı_netanyahuya_qarşı_cinayət_işi_açır
Sionist rejimin məhkəmə aparatı dünən axşam korrupsiyaya və rüşvətxorluğa görə, yaxın gələcəkdə bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işinin açılacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2019 09:00 Asia/Baku
  • Sionist rejimin məhkəmə aparatı Netanyahuya qarşı cinayət işi açır

Sionist rejimin məhkəmə aparatı dünən axşam korrupsiyaya və rüşvətxorluğa görə, yaxın gələcəkdə bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işinin açılacağından xəbər verib.

Sionist rejim televiziyası dünən axşam bu rejimin baş prokurorluğuna istinadla bildirib ki, qarşıdakı bir neçə gün ərzində baş nazir Netanyahu üç işdə- rüşvətxorluqda, əmanətə xəyanətdə və saxtakarlıqda məhkum olunacaqdır.

Son aylarda Netanyahunun korrupsiya xəbəri daim sionist rejim medialarının xəbərlərinin başında qərar tapıbdır.

Sionist rejimin baş naziri azı on iki dəfə polis müstəntiqlərinə cavab verib. Qeyd olunan məhkəmə işlərindən əlavə, onun arvadının korrupsiya işi də gündəmdə durur.

Netanyahuya qarşı ən ağır məhkəmə işi, “3000” adlı işdir. Bu iş Almaniyadan üç ədəd sualtı qayığın satın alınması ilə bağlıdır. Qeyd olunur ki, Netanyahu bu alqı zamanı imzaladığı müqavilə qarşılığında yüz minlərlə dollar rüşvət alıbdır.