Ərəb başçılarının iclası ixtilafları azaltmadı
Ərəb Liqasının Tunisdə keçirilən otuzuncu sammiti bir ərəb iradəsi göstərmədən başa çatdı. Region məsələləri üzrə məşhur analitik və regionaşırı “Rəyulyəum” qəzetinin baş redaktoru Əbdulbari Ətəvan yazıb: Ərəb başçılarının yığıncaq və iclasları komediya seriyallarına bənzəyibdir və hətta ərəb ölkələrinin vətəndaşları belə, ona önəm vermirlər.
“İradə və həmrəylik yığıncağı”. Bu şüarla Tunis prezidenti Əl-Baci Qaid əs-Səbsi Tunisdə ərəb sammitini açıq elan etdi.
Əs-Səbsi vurğuladı ki, böhranları arxada qoymaq, ümumiyyətlə ixtilafların həll edilməsi və bu ixtilafların ərəb ölkələri arasında məhdudlaşdırılmasını tələb edir.
Birinci natiq(əs-Səbsi): Biz ərəb problemlərini öz əllərimizlə həll etmək məqsədilə işlərin ixtiyarını ələ almağa çalışmalıyıq və bu, bu istiqamətdə birinci addım sayılır, ixtilafları arxada qoymaq və bu ixtilafların ərəb ölkələri hüdudlarından kənara çıxmasına icazə verməmək.
Əs-Səbsinin istəyi ərəb ölkələri arasındakı ixtilafların dərinliyini azaltmadı və bu məsələni Qətər əmirinin sammitin başlanmasından bir neçə dəqiqə sonra onu tərk etməsində müşahidə etmək olar. Baxmayaraq ki, Tunis xarici işlər nazirliyi gərginliyin şiddətini azaltmağa çalışdı.
İkinci natiq: Qətər əmiri açılış mərasiminə gəldi, açılış çıxışında iştirak etdi və açılış mərasiminin nitqinə qulaq asdıqdan sonra öz ixtiyarı ilə qərara aldı ki, iclası tərk etsin və nəticədə, zənnimcə, bu barədə heç bir problem yoxdur.
Beynəlxalq ictimaiyyətin Liviyadakı siyasi ixtilafların həlli üzrə səylərindən əlavə, bu iclas Fələstin məsələsini, eləcə də Amerikanın sionist rejimin Suriyanın Qolan təpələrinə hakimiyyətini tanıması məsələsini araşdırdı və xüsusi bir bəyanatda beynəlxalq qayda-qanunların pozulması sayılan Amerikanın bu hərəkətini pisləyərək, rədd etdi.
Üçüncü natiq: Amerikanın bu hərəkətinin əsla dəyəri yoxdur və bu qərarın dəyərsiz olmasına təkid üçün demək olar ki, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri, o cümlədən bu şuranın dörd daimi üzvü bu qənaətdədir ki, bu addım icbari deyil və ona məhəl qoymur.
Xanım Moqerini bu gün Avropa Birliyi tərəfindən bu məsələ barədə danışdı, bir BMT nümayəndəsi bugünkü iclasda bu barədə söhbət etdi.
Bu iclas əhatəli və ədalətli sülhə nail olmağa kömək məqsədilə ciddi və fəal müzakirələrin bərpası qərarına və ərəb ölkələrinin səylərində Fələstin məsələsinin əsas yerinə təkid etdi.
Qolana məxsus bəyanat istisna təşkil etməklə, Tunis iclasının qərarları, öncəki iclaslarda çıxarılmış oxşar qərarların davamı idi və bu arada bu qərarların bərpası yolları və onların icrası üzrə həll yolları barədə suallar mövcuddur.