Səudiyyə koalisiyasının Yəmənə olan hücumlarında 52 min nəfər ölüb və yaralanıb
Yəmənin səhiyyə nazirliyi səudiyyə koalisiyasının Yəmənə olan hücumlarında birbaşa olaraq 52 min nəfərin ölməsi və yaralanmasından xəbər verib. bu hücumlarda ölən uşaqların sayı isə 3800 nəfər elan olunub.
Sputnik-in bildirdiyinə görə Yəmənin səhiyyə nazirliyinin sözçüsü Yusif Əl-Haziri deyib: Statistikalara əsasən səudiyyə koalisiyasının hücumlarında ölənlərin sayı 13250 nəfərə çatıb.
Yusif Əl-Haziri həmçinin, Səudiyyə koalisiyasının hücumları nəticəsində Yəmənin səhiyyə infrastrukturlarına 10 milyard dollardan çox zərər və ziyanın dəydiyini elan edərək. bildirib: Hal hazırda 5 yaşına çatmamış 2.4 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir.
Öncəki hesabatlara görə, Yəməndə 22 milyon insan yəni ölkə əhalisinin 75%-i təcili humanitar yardımlara ehtiyaclıdır. 8.4 milyon nəfər isə növbəti dəfə nə zaman yemək yeyə biləcəklərini bilmilər .