13 min liviyalı ailə didərgin düşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342120-13_min_liviyalı_ailə_didərgin_düşüb
Liviya milli birlik hökumətinin sosial məsələlər naziri bu ölkənin paytaxtı Tripolidə savaş nəticəsində 13 min liviyalı ailənin didərgin düşməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 04:55 Asia/Baku
  • ailə didərgin düşüb
    ailə didərgin düşüb

Liviya milli birlik hökumətinin sosial məsələlər naziri bu ölkənin paytaxtı Tripolidə savaş nəticəsində 13 min liviyalı ailənin didərgin düşməsindən xəbər verib.

Qazi Mənsur Əlşafei onu da qeyd edib ki, Tripolidə savaş böyük insan və maliyyə tələfatına səbəb olubdur.

İllər boyu ərəbistan, misir və əmirliklərdən dəstək alaraq, Liviyanın şərqində hökmranlıq etmiş Xəlifə Həftərin komandanlığı altında olan “Liviya milli ordusu” adlı qrup son bir neçə ay ərzində bu ölkənin şimalına doğru irəliləyibdir. Həftər cari il aprelin 4-də öz hərbçilərinə Tripoliyə hücum əmri verdi.

Həftərin bu addımı dünya ictimaiyyəti tərəfindən pislənibdir.

Bu hücumun başlanmasından bəri Tripolidə 500-dən çox insan ölüb, azı üç min nəfər də yaralanıbdır.