Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i344333-yəmən_ordusu_səud_muzdurlarının_həccədəki_mövqelərinə_raket_hücumu_edib
Yəmənin ordusu və xalq komitələri yerli "Zəlzal-1" raketi və bir neçə "katyuşa" raketi ilə səud muzdurlarının bu ölkənin qərbindəki Həccə əyalətində yerləşən mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2019 12:19 Asia/Baku
  • Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib
    Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Yəmənin ordusu və xalq komitələri yerli "Zəlzal-1" raketi və bir neçə "katyuşa" raketi ilə səud muzdurlarının bu ölkənin qərbindəki Həccə əyalətində yerləşən mövqelərini hədəfə alıblar.

Yəmənin ordusu və xalq komitələri dünən axşam səud təcavüzkarlarının Həccə əyalətinin Heyran məntəqəsindəki mövqelərini hədəfə alaraq, onların bir çoxunu öldürüb və yaralayıblar.

Son həftələrdə Yəmənin ordusu və xalq komitələrinin səud muzdurlarının mövqelərinə, eləcə də ərəbistanın həssas təsisatlarına qarşı müdafiə hücumları şiddətlənibdir.

Digər bir xəbərə əsasən, Yəməndəki məlumatlı mənbələr bildiriblər ki, əmirliklər hərbi təlim keçmək üçün "Ədən" keçid şurasının tabeliyində olan 500 əsgəri Yəməndən kənara göndəribdir.