Bağdadda partlayışlar; bir ölü, 29 yaralı
Avq 13, 2019 08:36 Asia/Baku
Bağdadda ardıcıl partlayışlar nəticəsində bir nəfər ölüb, 29 nəfər də yaralanıbdır.
İraqın səhiyyə nazirliyi dünən bildirib ki, Bağdadın cənubundakı əl-Durə məntəqəsində Həşduşşəbi qüvvələrinin sursat anbarının partlaması nəticəsində bir nəfər ölüb, 29 nəfər də yaralanıbdır.
Təhlükəsizlik qüvvələri hadisə məkanının ətrafındakı küçələri bağlayıb və xüsusi tədbirlər görüblər.
Bəzi informasiya qaynaqları iddia ediblər ki, naməlum bir təyyarə bu hərbi qərargahı hədəfə alıbdır.
İraqın rəsmi mənbələri hələ bu barədə fikir bildirməyiblər.