İqtisadi islahatların icrasında məqsəd, xalqın ləyaqətinin təminidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350985-İqtisadi_islahatların_icrasında_məqsəd_xalqın_ləyaqətinin_təminidir
Livanın baş naziri deyib ki, hökumətin iqtisadi islahatların icrasında məqsədi, xalqın ləyaqətinin təminidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2019 05:22 Asia/Baku
  • İqtisadi islahatların icrasında məqsəd, xalqın ləyaqətinin təminidir
    İqtisadi islahatların icrasında məqsəd, xalqın ləyaqətinin təminidir

Livanın baş naziri deyib ki, hökumətin iqtisadi islahatların icrasında məqsədi, xalqın ləyaqətinin təminidir.

Livanın baş naziri Səəd Həriri dünən bu ölkənin nazirlər kabinetində iqtisadi islahatlar layihəsinin qəbul edilməsindən sonra vurğulayıb ki, yeni büdcədə yeni vergilər tətbiq olunmayacaq və cari milad ili bitməzdən öncəyədək korrupsiya ilə mübarizə üzrə heyətin yaradılması məqsədilə bir layihənin işlənib hazırlanması üçün səy göstəriləcək.

Əlhəriri həmçinin bildirib ki, nazirlərin və deputatların əmək haqqılarından əlli faiz azaldılacaq. O, livanlı gənclərə xitabən deyib: Bəzi dövlət orqan və təşkilatları, o cümlədən informasiya nazirliyi buraxılacaq.

Bu məlumata görə, Livan hökumətinin bu ölkənin baş naziri Səəd Əlhəririnin iqtisadi islahatlar paketi ilə razılaşmasına rəğmən, livanlı etirazçılar hələ də Livan hökumətinin kənara çəkilməsini tələb etməkdə davam edirlər.

Livan son beş gündə iqtisadi böhran və vergilərin tətbiq olunmasına etiraz olaraq keçirilən xalq aksiyalarının şahididir.