Sərhədsiz Həkimlər: 5300 suriyalı İraqa sığınıb
Okt 22, 2019 08:37 Asia/Baku
-
Sərhədsiz Həkimlər: 5300 suriyalı İraqa sığınıb
Sərhədsiz Həkimlər Təşkilatı verdiyi bir açıqlamada Türkiyənin Suriyanın şimalına hücumunun ardınca 5300-dən çox suriyalının İraq ərazisinə sığındığını bildirib.
İRNA-nın verdiyi məlumata görə, Sərhədsiz Həkimlər bu açıqlamada belə qeyd edib: Son altı gündə, hər gün əsasən Rəəs əl-Əyn və Qamışlı şəhərlərindən olan təxminən 500 nəfər İraqın şimalına daxil olub.
Bundan əvvəl Sərhədsiz Həkimlər Suriyanın şimalındakı fəaliyyətlərinin bir hissəsinin Türkiyənin bu bölgəyə hücumu ucbatından dayandırıldığını bildirmişdi.
Teqlər