Livana ziyan vurmaq üzrə regional fitnə barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351197-livana_ziyan_vurmaq_üzrə_regional_fitnə_barədə_xəbərdarlıq
Müqavimət Seyyidi: Bəzi daxili və regional tərəflər Livanın durumuna zərbə vurmaq istəyirlər. Səfirliklərin, xüsusən Amerika səfirliyinin sözlərinə inanmayın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2019 17:56 Asia/Baku
  • Livana ziyan vurmaq üzrə regional fitnə barədə xəbərdarlıq
    Livana ziyan vurmaq üzrə regional fitnə barədə xəbərdarlıq

Müqavimət Seyyidi: Bəzi daxili və regional tərəflər Livanın durumuna zərbə vurmaq istəyirlər. Səfirliklərin, xüsusən Amerika səfirliyinin sözlərinə inanmayın.

Əlməyadin telekanalının məlumatına görə, Seyyid Həsən Nəsrullah bu ölkənin vəziyyəti barədəki çıxışında deyib: Fars Körfəzi ətrafındakı ölkələrdən asılı olan bəzi medialar və onların daxili züytutanları mənim qabaqkı çıxışımı bu formada yaymağa çalışdılar ki, güya mən və Hizbullah aksiyaçıları hədələyirik və həmin çıxışı eşitməyən əhalinin bəzi hissəsi şok olmuşdu. Halbuki mənim çıxışım aydın idi. Biz küçəyə çıxmayacağıq, zira əgər bir gün küçəyə çıxmaq istəsək, elə həmin tələblər və elə həmin hədəflərə görə olacaq və biz aksiyaçıların əleyhinə deyil, hökumətin qarşısında dayanacağıq.