Suirya ordusu Həsəkəh vilayətinin Ummulkəyf kəndinə daxil olub
Okt 26, 2019 05:11 Asia/Baku
-
Suirya ordusu Həsəkəh vilayətinin Ummulkəyf kəndinə daxil olub
Suriyanın ordu qüvvələri bu ölkənin şimal-şərqində yerləşən Həsəkəh vilayətinin Ummulkəyf kəndinə daxil olublar.
Suriya ordu qüvvələrinin Ummulkəyf kəndinə daxil olmaları bu ölkə hökuməti ilə Suriya kürdləri arasında öncədən əldə olunmuş razılaşma əsasında həyata keçibdir.
Türkiyə ordusunun Suriyanın şimalına hücumundan sonra Suriya demokratik qüvvələri bu ölkə hökumətindən istəyibdir ki, Suriyanın şimal bölgələrinin nəzarətini əlinə alsın və onları Türkiyənin hücumları qarşısında qorusun.
Bu razılaşmaya görə, Suriya ordusu bu ölkənin şimalındakı bütün sərhəd bölgələrinin nəzarətini öz əlinə alacaq.