Müqavimət seyyidinin Livan xalqı qarşısındakı çıxışının rezonansı
-
Müqavimət seyyidinin Livan xalqı qarşısındakı çıxışının rezonansı
Seyyİd Həsən Nəsrullah bu ölkənin qızıl üçlüyü, yəni ordu, xalqı və müqaviməti daxili və xarici fitnələri zərərsizləşdirən amillər adlandırıb.
Livan etirazların 9-cu günündə
Livan Hizbullahının baş katibi bu ölkənin daxili olayları, həmçinin daxili və xarici mediaların yalanları barədəki çıxışında deyib:
Müsahibə: Bəziləri etirazların elə ilk günündən dedilər ki, Seyyid Nəsrullah və Hizbullah aksiyaçıları təhdid edirlər və Fars Körfəzi ətrafındakı ölkələrin mediaları və xarici medialar bu iddialar üstündə işləyib və manevr veriblər. Daxildəki bəziləri də bu iddialara inanaraq, onları qəbul ediblər. “Biz də küçələrə çıxacağıq” ifadəsində məqsədim bu idi ki, lazım gələrsə, aksiyaçıların elə həmin tələblərini izləmək üçün ola bilsin, aksiyaçıların deyil, hakimiyyətin əleyhinə küçələrə çıxaq.
Seyyİd Həsən Nəsrullah xalqın tələblərindən birini Livanın iqtisadi durumunun yaxşılaşdırılması layihəsinin icrasının zaman cədvəlinin elan olunması adlandırıb və belə deyib:
Müsahibə: Hökumətə aid olan məsələ budur ki, icra edilmək üçün zaman cədvəlinə salınmış proqram və qərarları işləyib hazırlasın və məclisin görməli olduğu iş də qanun layihələrinin işlənib hazırlanması və onun zaman cədvəlinə salınmış proqramda təqdim edilməsidir. Təqdim olunan ən önəmli layihələrdən biri, qarət olunmuş maların qaytarılmasıdır.
Livan Hizbullahının baş katibi çıxışının digər bir hissəsində Müqavimət mehvərinin devrilməsi və Amerikanın əli ilə bölgənin simasının dəyişdirilməsi üzrə xülyaya işarə edərək, vurğualyıb:
Müsahibə: Hətta Livanın daxilində bəziləri öz daxili iclaslarında hər bir şeydən məyus olmuşdular və bir şeyə ümidvar idilər; o da Amerikanın İrana qarşı savaşının baş verməsi, bölgənin simasının dəyişdirilməsi və müqavimət mehvərinin devrilməsi idi. Onlar buna çox ümid edirdilər, amma bu ümidlər puça çıxdı. Amerika İrana qarşı müharibə törətməyəcək. Amerika ilə müqavimət mehvəri arasında bir savaş baş verməyəcək. Amerikalılar öz problemləri ilə məşğuldurlar. Gördünüz ki, Fəratın şərqində nə etdilər.
Livan Hizbullahı baş katibinin çıxışından sonra bu ölkənin müxtəlif şəhərlərində əhali küçələrə çıxaraq, onun çıxışına dəstək verib.
Müsahibə: Ruhumuz və canımız sizə fəda olsun. Livan müttəfiq və oyaqdır.
Müsahibə: Canım Seyyİd Həsən Nəsrullaha fəda olsun. O, açıq şəkildə düşmənlərin aksiyaçıları yayındırmaq üzrə fitnələrinə aydınlıq gətirdi.
Livanlıların Müqavimət Seyyidinin çıxışından təbirləri öz ölkələrinin başıucalığı və mühafizəsi üçün bir-birilərnin kənarında olmaqdır.