Laziqiyyənin ətrafında Suriya ordusunun terrorçulara qarşı geniş əməliyyatı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351228-laziqiyyənin_ətrafında_suriya_ordusunun_terrorçulara_qarşı_geniş_əməliyyatı_başlanıb
Suriyanın ordu qüvvələri Laziqiyyənin şimal ətrafında terrorçuların mövqelərinə qarşı genişmiqyaslı əməliyyata başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2019 16:13 Asia/Baku
  • Laziqiyyənin ətrafında Suriya ordusunun terrorçulara qarşı geniş əməliyyatı başlanıb
    Laziqiyyənin ətrafında Suriya ordusunun terrorçulara qarşı geniş əməliyyatı başlanıb

Suriyanın ordu qüvvələri Laziqiyyənin şimal ətrafında terrorçuların mövqelərinə qarşı genişmiqyaslı əməliyyata başlayıblar.

Suriyanın ordu qüvvələri ölkənin şimal-qərbində yerləşən Laziqiyyənin şimal ətrafındakı müxtəlif bölgələrdə terrorçuların mövqelərini hədəf alıblar. Bir qrup terrorçu ölüb və yaralanıb.

Suriyanın ordu qüvvələri bu əməliyyatla həmin bölgəni terrorçuların işğalından geri almaq niyyətindədirlər.

Digər bir xəbərə görə, Suriya İnsan Haqlarını Müdafiə Mərkəzi bildirib ki, hərbi və maddi-texniki təchizatlar daşıyan bir ABŞ hərbi karvanı Simalka keçidi ilə İraqdan Suriyanın Həsəkə bölgəsinin şimal-şərqində yerləşən Diyrəzzurun ətrafına tərəf hərəkətdədir.

Amerika ötən bir ay ərzində Suriyanın şimalındakı bazadan qoşunlarını çıxararaq, İraqa daxil etsə də, ABŞ Müdafiə Nazirliyi dünən  neft yataqlarını qorumaq məqsədi ilə Suriyaya daha çox hərbi texnika göndərmək niyyətində olduğunu iddia edib.