Səud koalisiyanın qırıcıları Yəmənin şimalı və qərbini bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351256-səud_koalisiyanın_qırıcıları_yəmənin_şimalı_və_qərbini_bombalayıblar
Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyanın qırıcıları ötən on iki saat ərzində altmış altı dəfə bu ölkənin şimalında yerləşən Səədə və şimal-qərbində yerləşən Həccə əyalətlərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2019 05:43 Asia/Baku
  • Səud koalisiyanın qırıcıları Yəmənin şimalı və qərbini bombalayıblar

Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyanın qırıcıları ötən on iki saat ərzində altmış altı dəfə bu ölkənin şimalında yerləşən Səədə və şimal-qərbində yerləşən Həccə əyalətlərini bombalayıblar.

Yəhya Əlsərii qeyd edib ki, bu hücumlarda onlarla yəmənli ölüb və yaralanıb.

Təcavüzkar səud koalisiyanın qırıcıları son günlər dəfələrlə Səədə və Həccə əyalətlərindəki yaşayış massivlərini bombalayıblar.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı.