Naməlum şəxslər Kərbəlada bir neçə hökumət binasına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351285-naməlum_şəxslər_kərbəlada_bir_neçə_hökumət_binasına_hücum_ediblər
İraqlı mənbələr dünən gecə naməlum şəxslərin Kərbəlada bir neçə hökumət binasına hücum etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2019 07:17 Asia/Baku
  • Naməlum şəxslər Kərbəlada bir neçə hökumət binasına hücum ediblər
    Naməlum şəxslər Kərbəlada bir neçə hökumət binasına hücum ediblər

İraqlı mənbələr dünən gecə naməlum şəxslərin Kərbəlada bir neçə hökumət binasına hücum etmələrindən xəbər veriblər.

Bu şəxslər Kərbəlada xalq etirazlarının kənarında bu şəhərdəki bir neçə partiya və hökumət qərargahına hücum ediblər.

Naməlum hücumçular son bir neçə gündə dəfələrlə təhlükəsizlik qüvvələrinə, həmçinin İraqın müxtəlif şəhərlərindəki hökumət mərkəzlərinə hücum ediblər.

İraqlı rəsmilər bildiriblər ki, bu hücumlar fitnə törətmək xarakteri daşıyır.

İraqın bir neçə vilayəti son həftələr etiraz aksiyalarının şahididir. Aksiyalarda ümumi xidmətlərin əlverişsiz şəraitinə, iş yerlərinin olmamasına və korrupsiyaya etirazlar edilir.

Amma bu etirazlar son günlər zorakılığa çevrilib. Onlarla nəfər ölüb və yaralanıb.

İraqda aksiya elə bir halda davam edir ki, bu ölkə hökuməti ötən bir ay ərzində dörd təklif zərfi təqdim edib. Məqsəd, etirazçıların tələblərinin təminidir.

Faktlar göstərir ki, İraqda aksiyalar təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.

İraq Hizbullahının batalyonları son zamanlar bildiriblər ki, ABŞ hökuməti və sionist rejim Bağdadın siyasətlərindən narazılığa görə, İraqdakı son çaxnaşmalarda rol oynayırlar.

Deyilənlərə görə, İraqdakı aksiyalar haqda tvitterdə yayılan mesajların 79%-i ərəbistan istifadəçilərinə aiddir.