Əlcəfəri: İşğal olunmuş Cövlanın qaytarılması Suriyanın prioritetlərindəndir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351326-Əlcəfəri_İşğal_olunmuş_cövlanın_qaytarılması_suriyanın_prioritetlərindəndir
Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, işğal olunmuş Cövlan Suriyanın ayrılmaz hissəsi sayılır və onun qanuni yolla geri qaytarılması Dəməşqin prioritetlərindən olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2019 10:28 Asia/Baku
  • Əlcəfəri: İşğal olunmuş Cövlanın qaytarılması Suriyanın prioritetlərindəndir
    Əlcəfəri: İşğal olunmuş Cövlanın qaytarılması Suriyanın prioritetlərindəndir

Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, işğal olunmuş Cövlan Suriyanın ayrılmaz hissəsi sayılır və onun qanuni yolla geri qaytarılması Dəməşqin prioritetlərindən olacaq.

Bəşşar Əlcəfəri BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqin durumu barədəki iclasında əlavə edib: BMT-nin əsasını qoyan ölkələr bu təşkilat təsis olunarkən ölkələrin daxili işlərinə müdaxilənin rədd olunması, ölkələr arasında bərabərlik və onların hakimiyyətlərinin möhtərəm sayılması başda olmaqla beynəlxalq hüququn əsaslarına söykənməyə təkid etdilər.

O, bəzi güclərin bu beynəlxalq orqana bir alət kimi baxmalarını tənqid edərək, əlavə edib: Bir qrup nüfuzlu Qərb ölkəsi BMT-yə yiyələnməyə çalışaraq, onu öz yolundan yayındırıb və öz hegemonçuluq layihələrinə xidmət üçün bir vasitəyə çeviribdir.

Əlcəfəri qeyd edib ki, bölgənin ərəb xalqları daim bu düşmənçilik hərəkətlərinin və saxta böhranların qurbanları olublar və indi də olurlar.