Səəd Əlhəririnin istefası haqda təxminlər artır
Okt 29, 2019 21:47 Asia/Baku
Bəzi medialar Livan baş nazirinin istefa niyyətindən xəbər veriblər.
Livanın baş naziri Səəd Əlhəriri deyibdir ki, əgər bu ölkənin siyasi qüvvələri nazirlər kabinetində ciddi dəyişikliklər üçün onunla yanaşı olmazlarsa, o, öz istefasını elan edəcək.
Bəzi mənbələr də bildiriblər ki, istefa barədə Livanın baş naziri, prezidenti və parlament sədri arasında danışıqlar getməkdədir.
Livan oktyabrın 17-dən bəri iqtisadi böhrana və vergi durumuna qarşı xalq etirazlarının şahididir.