Suriyanın Əfrin şəhərində partlayış; 39 nəfər ölüb və yaralanıb
Okt 31, 2019 13:43 Asia/Baku
-
Suriyanın Əfrin şəhərində partlayış; 39 nəfər ölüb və yaralanıb
Türkiyənin dəstəklədiyi silahlı qüvvələrin nəzarətində olan Suriyanın Əfrin şəhərində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində doqquz nəfər ölüb, 30 nəfər yaralanıb.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, bu gün səhər Əfrin şəhərinin mərkəzində yerləşən Əl-Hilal meydanında bomba qoyulmuş bir avtomobil partlayıb. Partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər də yaralanıbdır.
Partlayış bazarda və ətrafdakı binalarda şiddətli yanğına səbəb olub, lakin yardım və təhlükəsizlik qüvvələri hadisə yerindədirlər.
Partlayışa görə indiyədək heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Müxalif terrorçuların işğalı altında olan Hələb ətrafındakı şəhərlər ardıcıl partlayışların şahidi olurlar.
Teqlər