"Qayıdış haqqı" növbəti yürüşlərində 97 fələstinli xəsarət alıb
Noy 02, 2019 05:18 Asia/Baku
Sionist rejim hərbçilərinin Qəzzə zolağında 81-ci "Qayıdış haqqı" yürüşlərinin iştirakçılarına hücumları nəticəsində ən azı 97 fələstinli xəsarət alıb.
İRİB-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, yürüşə qarşı sionistlərin hücumu nəticəsində yaralanmış fələstinlilər arasında bir neçə qadın və uşaq da var.
"Qayıdış haqqı" yürüşləri dünən " Balfor bəyannaməsi məhv olacaq" adı altında keçirilib.
"Qayıdış haqqı" dinc yürüşlərinə 2018-ci il 30 mart "torpaq günü" münasibəti ilə Qəzzədə start verilərək hər cümə davam etdirilir.