Twitter Əlminar telekanalının hesabını bloklayıb
Noy 03, 2019 11:26 Asia/Baku
-
Twitter Əlminar telekanalının hesabını bloklayıb
Twitter sosial şəbəkəsi Livanın Əlminar telekanalının hesabını bağlayıb.
Twitter, Əlminar telekanalının hesabını onun təbirincə desək, sosial media qanunlarının pozulmasına görə dayandırıb.
Livanın Əlminar telekanalının saytı bu xəbəri təsdiqləyərək yazıb: Twitter-də Əlminar telekanalına aid olan bütün səhifələr, o cümlədən bu telekanalın xəbər və verilişlər barədəki səhifələri bloklanıbdır.
Əlminar telekanalı əlavə edib: Görünür, Twitter bu addımı siyasi təzyiqlərə görə atıbdır.
Twitter-də Əlminar telekanalı səhifəsinin təqribən bir milyon izləyicisi var.
ABŞ hökuməti bundan öncə bölgədə Müqavimət qüvvələrinə qarşı təzyiqləri artırmış və onların əleyhinə sərt sanksiyalar tətbiq etmişdi.