Mülkilər Suriya ordusunun Türkiyə ilə sərhəd zolağında yerləşdiyi bölgələrə geri dönürlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351816-mülkilər_suriya_ordusunun_türkiyə_ilə_sərhəd_zolağında_yerləşdiyi_bölgələrə_geri_dönürlər
Suriya ordusu bölmələrinin Əlhəsəkəh vilayətinin şimalına daxil olmaları ilə/ Türkiyənin/ və Ankaranın dəstək verdiyi terror qruplarının hücumlarının qorxusundan öz ev-eşiyini tərk etmiş Suriya vətəndaşları bu bölgəyə geri dönməkdədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2019 08:27 Asia/Baku
  • Mülkilər Suriya ordusunun Türkiyə ilə sərhəd zolağında yerləşdiyi bölgələrə geri dönürlər

Suriya ordusu bölmələrinin Əlhəsəkəh vilayətinin şimalına daxil olmaları ilə/ Türkiyənin/ və Ankaranın dəstək verdiyi terror qruplarının hücumlarının qorxusundan öz ev-eşiyini tərk etmiş Suriya vətəndaşları bu bölgəyə geri dönməkdədirlər.

Suriya ordusunun bölmələri özlərinin Türkiyə ilə sərhədə yaxın olan Suriyanın şimal-şərqindəki Əlhəsəkə vilayətində yerləşmə əməliyyatının təkmilləşdirilməsi istiqamətində Əlqamişli şəhərinin şərqindəki sərhəd bölgələrində yerləşiblər.

Suriya ordusu qüvvələrinin Türkiyə ilə sərhəd zolaqda yerləşmələri bölgənin sabitliyi və təhlükəsizlyinin möhkəmləndirilməsi və öz ev-eşiklərinə geri dönməkdə olan sivillərin həyatlarının qorunması istiqamətindədir.