NATO-nun baş katibi xarici hərbçilərin Əfqanıstanda iştiraklarının davamına təkid edib
Noy 10, 2019 08:50 Asia/Baku
-
NATO-nun baş katibi xarici hərbçilərin Əfqanıstanda iştiraklarının davamına təkid edib
NATO-nun baş katibi xarici hərbçilərin Əfqanıstanda iştiraklarının davamına təkid edib.
Yens Stoltenberg Almaniyaya səfərdə Amerika və NATO-nun Əfqanıstandakı hərbi iştirakının davam etməsini əsaslandıraraq, deyib: Taliban-ın bu ölkədəki savaşının davam edəcəyi zamanadək xarici hərbçilər Əfqanıstanda qalacaqlar.
NATO-nun baş katibi də bundan öncə terrorizmlə mübarizə bəhanəsilə bu təşkilat hərbçilərinin uzun müddət Əfqanıstanda iştirakından xəbər vermişdi.
NATO baş katibinin bu sözləri elə bir haldadır ki, taliblər daim Əfqanıstanda savaşın bitməsini Amerikanın komandanlığı altında olan xarici hərbçilərin həmin ölkədən çıxmaları ilə şərtləndiribdir.