Ənsarullah: Sionist rejimin təcavüzünə cavab verəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352048-Ənsarullah_sionist_rejimin_təcavüzünə_cavab_verəcəyik
Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbuxəyti dünən gecə deyib: Əgər sionist rejim Yəmənə hücum edərsə, yəmənlilərin qətiyyətli cavabı ilə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2019 08:17 Asia/Baku
  • Ənsarullah: Sionist rejimin təcavüzünə cavab verəcəyik
    Ənsarullah: Sionist rejimin təcavüzünə cavab verəcəyik

Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbuxəyti dünən gecə deyib: Əgər sionist rejim Yəmənə hücum edərsə, yəmənlilərin qətiyyətli cavabı ilə üzləşəcək.

Əlbuxəyti bildirib ki, ərəbistanın Yəmənə hücumları yalnız sionist rejim və Amerikanın maraqları istiqamətindədir və səudlar və BƏƏ-çilərə heç bir mənfəət gətirməyəcəkdir.

O, əlavə edib: Yəmən sionist rejimin təcavüzkarlığına cavab verməyə qadirdir.

Ənsarullah hərəkatının bu baş üzvü bildirib ki, yəmənlilər işğal olunmuş ərazilərin daxilində hər bir nöqtəni hədəfə ala bilərlər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar bir çıxışı zamanı Yəməni də bu rejim üçün yeni təhlükə olan ölkələr sırasına əlavə etdi.

Yəmən keçən beş ildə əmirliklər, bəhreyn və sionist rejimin hərtərəfli himayələrilə ərəbistanın vəhşicəsinə hücumlarına məruz qalıbdır. Bu hücumlarda əksər hissəsini qadınlar və uşaqların təşkil etdikləri 16 mindən çox yəmənli mülki öldürülüb, milyonlarla nəfər də didərgin düşübür.