Livan prezidenti: Heç kəs bizi Hizbullahı hökumətdən uzaqlaşdırmağa məcbur edə bilməz
Livan prezidenti Livan Hibullahının bu ölkə hökumətindəki iştirakına toxunaraq, vurğulayıb: Heç kəs bizi Livan xalqının azı üçdə bir hissəsini təşkil edən bir partiyanı hökumətdən uzaqlaşdırmağa məcbur edə bilməz.
Livan prezidenti Mişel Oun Əlminar telekanalı ilə müsahibədə deyib: Xalqın hökumətə inamı itib və onun geri qaytarılması, xalqın işin bizim cızdığımız yol xəritəsi əsasında irəliləməsinə əmin olmasınadək vaxt aparacaq.
Oun Hizbullahın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq qaldığını vurğulayaraq, deyib ki, Hizbullahın maliyyə cəhətdən mühasirəsi bütün livanlıların mühasirə olunmaları deməkdir.
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi Livan Hibullahı ilə sionist rejim arasındakı savaşa son qoymaq üçün 2006-cı il avqustun on birində qəbul olunub.