Dünya ictimaiyyəti 8 dəfə sionist rejimi pislədi
-
Dünya ictimaiyyəti 8 dəfə sionist rejimi pislədi
BMT Baş Assambleyasının dördüncü komitəsi dünən Fələstinə və Suriyaya dəstək istiqamətində və sionist rejimə qarşı 8 qətnamə qəbul edib.
Bu qətnamələrdə sionist rejimin düşmənçilik hərəkətləri, o sıradan Qəzzə zolağını quru, hava və dənizdən mühasirəyə alması, işğal olunmuş ərazilərdə sionist qəsəbələr salması, özbaşına surətdə fəslətinliləri həbs etməsi və onların mənzillərini dağıtması, eləcə də Suriyanın Cövlan yüksəkliklərini işğal etməsi pislənilib və fələstinli didərginlərin öz ev-eşiklərinə geri dönmələrinə təkid olunubdur.
Suriyanın Cövlan yüksəklikləri ilə bağlı olan qətnamədə sionist rejimdən istənilibdir ki, BMT-nin Cövlan barədə qəbul etdiyi qətnamələrə əməl edərək, bu bölgənin işğalına son qoysun.
Digər bir qətnamədə fələstinli didərginlərin acınacaqlı sosial və iqtisadi vəziyyətinə, eləcə də fələstinli didərginlərə yardım və onlar üçün işin tapılması üzrə agentlik- UNRWA-nın son dərəcə böhranlı vəziyyətinə işarə olunaraq, bütün ölkələr, ixtisas agentlikləri və qeyri-hökumət təşkilatlarından xahiş olunubdur ki, UNRWA-nın fələstinli didərginlərə yardımın çatdırılması üzrə səylər və hərəkətlərini himayə etsinlər.
Bu istiqamətdə bu yardım orqanının fəaliyyətlərinin davam etməsi ilə bağlı qətnamə/ üzvlərin əksəriyyət səsi ilə qəbul olunub.
Bu qətnamələr sionist rejimin Qəzzəyə qarşı hücumları və müdafiəsiz əhalini qırğın etməsinin davam etməsi, eləcə də ABŞ, Kanada və sionist rejim heyətlərinin müxalifətləri ilə qəbul olunub.
İran İslam Respublikasının BMT Baş Assambleyasının dördüncü komitəsindəki nümayəndəsi Mohəmməd Reza Səhrayi qeyd olunan iclasda sionist rejim nümayəndəsinin İran əleyhinə ittihamlarına cavabda İran İslam Respublikasının Fələstin qarşısındakı mövqeyini şərh edərək, deyib: Komitəyə təqdim olunmuş qətnamələrin qəbul olunması ilə dünya ictimaiyyəti bir daha Fələstin xalqına və onun öz müqəddəratını təyinetmə haqqına öz qətiyyətli dəstəyini elan etdi və qadınlar və uşaqlar daxil olmaqla Fələstin xalqına qarşı cinayətlərinə görə, sionist rejimin cavab verməsini istədi.