Səudiyyə koalisiyasının qırıcıları Əlhudəydəni bombalayıblar
-
Səudiyyə koalisiyasının qırıcıları Əlhudəydəni bombalayıblar
Təcavüzkar səud koalisiyası dünən gecə bir daha Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətindəki atəşkəsi pozubdur.
Səudiyyə koalisiyasının qırıcıları Əlhudəydə vilayətinin müxtəlif bölgələrini geniş miqyasda bombalayıblar. Hələ bu hücumlardan irəli gələn insan tələfatı və xəsarətlər barədə bir məlumat yayılmayıbdır.
İsveçdə Səna və Ərriyad heyətləri arasında əldə olunan atəşkəs razılaşması 2018-ci il dekabrın 18-i səhər tezdən Yəmənin Əlhudəydə vilayətində icra olunmağa başlandı, lakin səud koalisiyası hər gün onu pozur.
Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən başlıca istiqamətdir.
Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə təşəbbüs göstərilib, amma hər dəfə ərəbistanın və onun müttəfiqlərinin sabotajları ilə dalana dirənibdir.