Beni Qants Netanyahunu müzakirəni pozmaqda ittiham edib
-
Beni Qants Netanyahunu müzakirəni pozmaqda ittiham edib
Beni Qants sionist rejimin nazirlər kabinetinin təşkilində uğursuz qaldıqdan sonra bir daha Netanyahunu müzakirəni pozmaqda ittiham edibdir.
APTN telekanalının məlumatına görə, “Göy və Ağ” koalisiyasının lideri Beni Qantsın nazirlər kabinetinin təşkilində uğursuz qalması ilə sionist partiyaların nazirlər kabinetinin təşkili istiqamətində Netanyahunu, Qantsı və ya üçüncü bir namizədi himayə etmələri üçün 21 gün fürsətləri olacaq. Əks halda, seçkilər üçüncü dəfə olaraq keçiriləcəkdir.
Bu məlumata görə, Beni Qants nazirlər kabinetinin təşkilində uğursuz qaldıqdan sonra Təl-Əvivdə keçirdiyi bir mətbuat konfransında deyib: Benyamin Netanyahu nazirlər kabinetinin təşkili üzrə müzakirələrdə sabotaj törətdi və xalqın səsinə məhəl qoymamaq və hakimiyyətdə qalmaq istiqamətində həyasızcasına səy göstərdi.
Netanyahunun nakam qalmasından sonra sionist rejimin başçısı “Göy və Ağ” koalisiyasının lideri Beni Qantsa bu rejimin nazirlər kabinetini təşkil etməyi tapşırdı. Amma 28 günlük fürsətin bitməsilə Beni Qants da bu işdə müvəffəq olmadı.