Yəmənin mühasirəsinin davam etməsinə görə, 71 min yəmənli xəstə dünyasını dəyişib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352460-yəmənin_mühasirəsinin_davam_etməsinə_görə_71_min_yəmənli_xəstə_dünyasını_dəyişib
Yəmənin səhiyyə nazirliyi dünən gecə bir bəyanatda bu ölkənin təcavüzkar səud koalisiyası tərəfindən mühasirə edilməsinə görə, azrı 71 min yəmənli xəstənin dünyasını dəyişməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2019 07:17 Asia/Baku
  • Yəmənin mühasirəsinin davam etməsinə görə, 71 min yəmənli xəstə dünyasını dəyişib

Yəmənin səhiyyə nazirliyi dünən gecə bir bəyanatda bu ölkənin təcavüzkar səud koalisiyası tərəfindən mühasirə edilməsinə görə, azrı 71 min yəmənli xəstənin dünyasını dəyişməsindən xəbər verib.

Yəmənin səhiyyə nazirliyi bu bəynatda qeyd edib ki, səud koalisiyasınını Yəmənə hücumunun başlanmasından bəri müalicə üçün bu ölkədən xaricə səfər imkanının olmamasına görə, azı 43 min yəmənli xəstə həyatını itirib.

Bu bəyanata əsasən, 28 min xərçəng xəstəsi də Yəmənin mühasirəsinə, həmçinin dərman və tibb təchizatlarının gəlib çatmamasına görə, həyatını itirib.

Yəmənin hava, quru və dəniz zonaları səud koalisiyasının təcavüzünün başlanmasından bəri bağlanıbdır.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok son zamanlar bildirib ki, Yəmən tarixin ən pis insan faciəsi ilə üzləşir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə təcavüz edərək, bu ölkəni mühasirə edibdir. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həyatına son qoymaqla yanaşı, milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin dərman və qida çatışmazlığı ilə üzləşdiribdir.