Fələstin müqaviməti sionist rejimin kuadkopterləri ilə mübarizə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352668-fələstin_müqaviməti_sionist_rejimin_kuadkopterləri_ilə_mübarizə_edib
Fələstin müqavimət qrupları Qəzzə zolağında sionist rejimin təcavüzkar kuadkopterlərinə tərəf atəş açaraq, onları bu bölgənin səmasından çıxmağa məcbur ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2019 10:54 Asia/Baku
  • Fələstin müqaviməti sionist rejimin kuadkopterləri ilə mübarizə edib
    Fələstin müqaviməti sionist rejimin kuadkopterləri ilə mübarizə edib

Fələstin müqavimət qrupları Qəzzə zolağında sionist rejimin təcavüzkar kuadkopterlərinə tərəf atəş açaraq, onları bu bölgənin səmasından çıxmağa məcbur ediblər.

Sionist rejimin bir neçə kuadkopteri bu gün səhər tezdən Qəzzə zolağının mərkəzinə, eləcə də Əlşati və Əlsudanoiyyə bölgələrinə daxil olubdur.

Müqavimət qrupları Qəzzənin səmasında bu kuadkopterlərə tərəf atəş açaraq, onları çıxıb getməyə məcbur ediblər.

Digər tərəfdən, sionist rejim ordusu dünən gecə iddia edibdir ki, Qəzzə zolağından havaya qalxan bir ədəd pilotsuzu bu bölgə ilə işğal olunmuş ərazilər arasındakı bufer zonanın üzərində hədəfə alıbdır.

Sionist rejim kuadkopterlərinin Qəzzənin səmasına daxil olmaları elə bir haldadır ki, bu rejimlə Fələstin müqaviməti arasındakı son döyüş iki gün sürdü və noyabrın 14-də Misirin vasitəçiliyi və atəşkəsin bərqərarı ilə başa çatdı.

Sionist rejim ordusunun Qəzzə zolağına qarşı son hücumlarında üçü uşaq və biri qadın olmaqla 34 fələstinli şəhid olub, 110 nəfərdən çox insan da yaralanıbdır.